Baku Boxing School 2014-cü ildə Bakıda təsis edilib. Məktəbimizin əsas məqsədi yalnız güclü boksçular deyil, həm də özünə inamlı, intizamlı və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir.
Burada 5 yaşdan başlayaraq hər kəs üçün yer var: ilk dəfə əlcək geyinən uşaqlar, formada qalmaq istəyən böyüklər və yarışlara hazırlaşan idmançılar. Məşqlər Baku Fight Club-da, həm qrup şəklində, həm də fərdi qaydada aparılır.
Hər bir şagird üçün fərdi inkişaf planı hazırlanır: texnika, fiziki hazırlıq, taktika və psixoloji dayanıqlıq. Nəticələrimiz respublika və beynəlxalq turnirlərdə qazanılan medallarla təsdiqlənir.